`Fransa təslim olmayacaq` - Səfir


20:33     18 İyul 2016 aureliya%20busez.jpg

Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez Nitsada baş vermiş terrorla əlaqədar səfirlikdə təşkil edilən xatirə kitabının imzalanma mərasiminə qatılıb.


A. Buşer deyib ki, terror aktı nəticəsində 84 nəfər ölüb, onlardan 10-u azyaşlı və yeniyetmədir, 18 nəfərin vəziyyəti ağırdır: “Bu hadisə baş verən kimi, Fransa hakimiyyəti terror aktının qarşısını almağa çalışıb, asayiş keşikçiləri yaralıları xəstəxanalara yerləşdirməyə çalışıblar”.

Artıq faciə ilə bağlı istintaq getdiyini söyləyən səfir qeyd edib ki, Fransa bu hədələrdən çəkinmir: “Fransa təslim olmayacaq. Bu hadisə hər il 14 iyulda qeyd etdiyimiz qardaşlıq, bərabərlik, azadlıq dəyərlərimizə hücumdur”.

A. Buşez verilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: “Bu, bizim dostluğumuzun göstəricisi, multikulturalizmə bağlılığımızın, fanatizmə etirazımızın göstəricisidr”.

Femida.az

Açar sözlər:

Oxunub: 1013